Azərbaycan və Rusiya hərbi ekspertlərinin görüşü keçirilib
05.10.2017 19:36 Siyasi reaksiya 1432
Azərbaycan və Rusiya müdafiə nazirliklərinin hərbi topoqrafiya ekspertlərindən ibarət heyətləri arasında Bakı şəhərində işçi görüşü keçirilib.
Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrində hərbi topoqrafiya, geodeziya və kartoqrafiya sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparılıb.
Şərhlər