Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

09.10.2017 11:51     Siyasi reaksiya     1470

Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Sonra təhsil naziri Mikayıl Cabbarov, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli məruzələrlə çıxış etdilər.

Azərbaycan Prezidenti iclasda yekun nitqi söylədi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar