AŞPA Nazirlər Komitəsi Sədri millət vəkili Q.Paşayevanın AŞPA-da qaldırdığı məsələni dəstəkləyib

10.10.2017 10:57     Siyasi reaksiya     1725

AŞPA Nazirlər Komitəsi Sədri millət vəkili Q.Paşayevanın AŞPA-da qaldırdığı məsələni dəstəkləyib və çağırış edib.

AŞPA-da Nazirlər Komitəsinin sədri, Çexiyanın Xarici İşlər Naziri  Lubomir Zaoraleke millət vəkilləri qarşısında çıxış edib və onların suallarını cavablandırıb. AŞPA-nın Azad Demokratlar Qrupu adından Nazirlər Komitəsinin sədrinə sualı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Q.Paşayeva verib. O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mədəni irsin  məhv edilməsi və qanunsuz ticarətinə qarşı mübarizəyə dair bu ilin may ayından etibarən ratifikasiyasına star verilmiş "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyasının əhəmiyyətinə toxunub, bu haqda danışıb və üzv ölkələrdə bu sənədin imzalanması və ratifikasiyası istiqamətində sizin Nazirlər Komitəsinə sədrliyiniz dövründə konkret hansı işlər görülüb deyə sual edib. Cex Respublikasının xarici işlər naziri, Avropa Şurası Nazirlər komitəsinin sədri Zoaralek Lubomir deputatımızin tamamilə haqlı olduğunu, bu konvensiyanın münaqişələrin, terror aktlarının durmadan baş verməsi səbəbindən böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazir qeyd edib ki, artıq 8 ölkə bu konvensiyanı ratifikasiya edib və digər dövlətlərin ratifikasiya etmələri üçün deputatları dövlət səviyyəsində müvafiq tedbirlər görməyə dəvət edib.

Reaksiya.az

 

 

 

 

Şərhlər

Çox oxunanlar