Demirtaş həbs edilə bilər - 24 il

31.07.2015 11:29     Siyasi reaksiya     1237

Diyarbəkir Cümhuriyyət Prokurorluğu  keçən il 6-8 oktyabrda baş verən hadisələrlə bağlı HDP həmsədri Selahattin Demirtaş haqqında istintaqa başlayıb.

Reaksiya.az xəbər verir ki, Demirtaş haqqındakı istintaqın yeni olmadığını bildirən Diyarbəkir Cümhuriyyət Baş Prokuroru Ramazan Solmaz, istintaqın hələ də davam etdirildiyini bildirib. Baş prokuror Ramazan Solmaz istintaq nəticəsində hər hansı bir cinayət elementi olarsa, Selahattin Demirtaş haqqında iddianamə hazırlanacağını bildirib.

Bu iddianamə ədliyyə nazirliyi vasitəsilə Türkiyə Böyük Millət Məclisi Rəhbərliyinə təqdim olunacaq.

 Demirtaş haqqında 2014-cü ildə başlanılan istintaq Türk Cəza Qanununun  “Xalqın bir hissəsini digər qisminə qarşı silahlandıraraq, bir-birini öldürməyə təhrik etmək” maddəsilə  davam etdirilir. Türkiyənin Cinayət Məcəlləsinə əsasən bu cinayəti törədənlər barəsində 15 ildən 24 ilə qədər həbs cəzası tələb edilir.

İstintaq mənbələri bildiriblər ki,  Demirtaşın cinayəti törətdiyinə dair yetərli dəlil olarsa, toxunulmazlığının qaldırılmasını tələb edəcəklər. Cinayət  elementi olmazsa, izlənilmək qərarı ləğv ediləcək.

6-8 oktyabr hadisələrində nə baş verib?

HDP 6 oktyabrda  İŞİD-in Suriyanın Kobani vilayətinə (Eyn əl Ərəb) qarşı hücum etdiyini bəhanə edərək, 35 rayonda icazəsiz mitinqlər keçirmişdi.

Demirtaş 6 oktyabrda HDP Mərkəzi İcraiyyə Komitəsinin (MYK)  növbəti iclasından sonra  "Kobanidə baş verən qətliam cəhdinə qarşı 7-dən 70-ə bütün xalqı küçəyə axışmağa çağırırıq. Bundan sonra hər yer Kobanidir" – deyə bildirmişdi.

Hadisələr zamanı 33 nəfər həyatını itirmiş, 2 polis şəhid olmuş, 221 vətəndaş və 139 polis isə yaralanmışdı.

Mitinqlərdə 25 icra hakimiyyət binası, 67-si hüquq-mühafizə orqanı, 29-u siyasi partiya, 212-si məktəb olmaq üzrə 1113 bina da zərər görmüşdü. Zorakılıq aksiyalarında şəxsi, bələdiyyə, sanitar maşınlar və polis maşınları yandırılmış, ümumilikdə 1177 avadanlıq istifadəyə yararsız hala gəlmişdi.

Şərhlər

Çox oxunanlar