Prezidentlər bu tarixdə görüşəcək - XİN təsdiqlədi

13.10.2017 13:08     Siyasi reaksiya     1495

ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə görüşü keçiriləcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu barədə ilk məlumatı Ermənistanın hakim Respublika Partiyasının sədr müavini Armen Aşotyana istinadən erməni mediası yayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar