Məmmədyarov baş katibi qəbul edib
19.10.2017 12:17 Siyasi reaksiya 1275
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-nin mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Körfəz Əməkdaşlıq Şurası və üzv dövlətlərlə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında imzalanan Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin institusional əsasda inkişafı üçün mühüm çərçivə rolu oynadığı diqqətə çatdırılııb.
Son dövrlərdə Azərbaycana Körfəz Əməkdaşlıq Şurası ölkələrindən Azərbaycana gələn turistlərin sayının artması və birbaşa avia reyslərin açılması müsbət inkişaf kimi xüsusi olaraq qeyd olunub və bu istiqamətdə birgə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.
Bu ilin oktyabrın 19-20-də Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi sahələrdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradacağına əminlik ifadə olunub. Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər