Davudoğlundan HDP və PKK-ya sərt mesajlar
31.07.2015 15:25 Siyasi reaksiya 1486
Reaksiya.az xəbər verir ki, o, "Bundan sonra sərhədimizdə əsgərimizə güllə sıxmağın bədəli o güllə sıxanların hamısının ləğvilə nəticələnəcək" sözlərini deyib.
Davudoğlu Ankarada keçirilən "Terrora qarşı sivil təşəbbüs" toplantısında terror hücumları ilə bağlı kritik bəyanatlar verib:
"Mən təhlükəsizlik qüvvələrimizə bu göstərişi verdim. Bir halda ki, Türkiyəyə savaş açılıb, o savaşı açanlara ən təsirli cavabı verəcəksiniz. Bundan sonra sərhədimizdə əsgərimizə güllə sıxmağın bədəli o güllə sıxanların hamısının ləğvilə nəticələnəcək. Türkiyə İŞİD-i də ən əvvəlindən təhdid olaraq başa düşüb və 10 oktyabr 2013-cü ildə terror təşkilatı olaraq qəbul edib. Çünki yaxınlaşan təhlükəni görürdük. İki polisimiz Ceylanpınarda gecə yatarkən, boyunlarından vurularaq şəhid edildilər. Hələ də Türkiyə Böyük Millət Məclisinin kürsüsünə çıxıb sülhdən danışan HDP sözçüləri var. Onlar bunun hesabını verməlidirlər. Tribunadan danışan HDP sözçüsünə xatırladıram ki, sizlərin əli səmaya qalxmalıdır, daha Qəndil dağına kömək etməməlidir. Əvvəl onu öyrənəcəksiniz".
Şərhlər