Zakir Həsənov Moskvaya getdi – Səbəb

31.07.2015 17:34     Siyasi reaksiya     1140

 

İyulun 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə gedib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Müdafiə naziri avqustun 1-də beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcək.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılır.

Şərhlər

Çox oxunanlar