Gələn ay Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupunun həmsədrləri ilə görüşü olacaq
30.10.2017 13:44 Siyasi reaksiya 1293
Noyabrın ortalarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrı-ayrılıqda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.
Bu barədə azərtaca açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
Nazir deyib ki, bu görüşlərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi gözlənilir.
Şərhlər