HDP-nin həmsədri Demirtaşın PKK-lı qardaşı yaralandı - VİDEO

01.08.2015 09:16     Siyasi reaksiya     2662

 

Türk Silahlı Qüvvələrinin separatçı terror təşkilatı PKK-nın ölkə daxili və xaricində müəyyən edilmiş hədəflərinə qarşı əməliyyatları baş tutub.

Reaksiya.az xəbər verir ki,  əməliyyatlar zamanı HDP həmsədri Səlahəttin Demirtaşın qardaşı Nurəddin Demirtaş yaralanıb.

Verilən məlumata görə, Türk Hava Qüvvələrinin 28 F-16 döyüş təyyarəsi ilə dünən günorta saatlarından başlayan əməliyyat  gecə yarısı sona çatıb.

 65-dən çox obyekt məhv edilib

 “Şəhid zabit Həmzə İldırım" adı verilən əməliyyatda 28 təyyarə iştirak edib, 65-dən çox hədəf məhv edilib. Əməliyyatda terror təşkilatına məxsus 35 sığınacaq, 15 mağara, 4 yeraltı sığınacaq, 2 yeraltı sursat anbarı, 2 vəsait anbarı, 4 ağac altı məskunlaşma yeri ilə çox sayda silah mövqeyi məhv edilib.

 Bundan başqa, cümə günü saat 14.00-da başlayan və cümə gecəsi saat 00.20-da sona çatan əməliyyata dair detallar da ortaya çıxıb. "Şəhid leytenant İbrahim Tanrıverdi" adını daşıyan əməliyyatda 80 təyyarə ilə yurd içində və yurd xaricində terror təşkilatına aid 100-dən çox hədəfə qarşı əməliyyat keçirilib.

Separatçı təşkilata qarşı əməliyyata qatılan 80 döyüş təyyarəsinə, yanacaqdoldurma üçün 2 tanker təyyarə, havadan xəbərdarlıq və kəşfiyyat təyyarələri, insansız hava vasitəsi və hədəf müəyyənləşdirilməsi üçün 5 çapar təyyarə da müşayiət edib.

Demirtaşın qardaşı da yaralanıb

Təhlükəsizlik qüvvələrini terror təşkilatı PKK-ya qarşı təşkil etdiyi  silahlı hücumlar nəticəsində bu günə qədər 260-dan çox  yaraqlı zərərsizləşdirilib. Aralarında  HDP həmsədri Selahattin Demirtaşın qardaşı Nurəddin Demirtaş da olduğu təxminən  380-400 terrorist isə yaralanıb.

 Digər tərəfdən, terror təşkilatı PKK-ya qarşı əməliyyatların davam edəcəyi qeyd edilib.

Şərhlər

Çox oxunanlar