Nazir müavini: "Azərbaycanın mövqeyinin "Şərq tərəfdaşlığı" sammitinin bəyannaməsində əksini tapmasına çalışırıq"

17.11.2017 15:36     Siyasi reaksiya     2728

"Bir neçə həftədir Brüsseldə keçiriləcək Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitinin bəyannaməsi üzərində danışıqlar aparılır".

 

Reaksiya.az xəbər verir ki, bunu APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, zirvə toplantısına hələ bir həftə qalıb və bəyannamə ilə bağlı danışıqlar davam edir: “Bəyannamənin ilkin versiyası ilə çoxdan tanışıq. İşlər gedir. Görüşlər keçirilir. Azərbaycanın mövqeyinin öz əksini tapması üçün çalışırıq”.

 

Nazir müavini qeyd edib ki, aviasiya sazişi üzərində də işlər davam etdirilir: “Bir-iki məsələ həll olunsa, sazişi sammitdə imzalamaq olmasa da, paraflamaq olar. Bu, Azərbaycan üçün maraqlı sazişdir. Sazişdə insanlar arasında ünsiyyət, gediş-gəliş və sair məsələlər olacaq. Bu, əlbəttə ki, yaxşı saziş olmalıdır”. 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar