“Bugünkü Müsavatın ovaxtkı Müsavata heç bir aidiyyatı yoxdur” - Siyavuş Novruzov
17.11.2017 16:05 Siyasi reaksiya 3139
Parlamentin hazırda davam edən iclasında çıxış edən deputat, YAP-ın icra katibi Siyavuş Novruzov da Milli Dirçəliş Gününün önəmindən bəhs etdi və həmkarları Fazil Mustafa ilə Fərəc Quliyevin fikirlərinə reaksiya verdi.
“Biz şahidiyik ki, Azərbaycanın dövlət müstəqilliyi, qorunub-saxlanması ümummilli liderlə bağlıdır. Hətta ilk dəfə Azərbaycanın üçrəngli bayrağını ilk dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul olundu. Həmçinin rus ordusunun çıxarılması da ilk olaraq addımlar atıb”-deyə, S.Novruzov bildirdi.
S.Novruzov onu da dedi ki, Demokratik Cümhuriyyətlə bağlı həm mərhum prezident Heydər Əliyev, həm də hazırkı dövlət başçısı İlham Əliyev tərəfindən müvafiq addımlar atılıb. “Amma kimlərsə adını həminki dövrdə mövcud olan siyasi partiyalarla əlaqələndirməyə çalışır. Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin tarixində olan bir partiyadır. Ancaq bugünkü Müsavatın ovaxtkı Müsavata heç bir aidiyyatı yoxdur. Məgər o vaxt etibarnamə ilə bu partiyanı veriblər ki, siz onu idarə edəsiniz? Xeyr, bu, Azərbaycan xalqının partiyasıdır. Kimlərsə qarışıqlıq salıb cəmiyyəti çaşdırmağa çalışır”.
E.Paşasoy,
Musavat.com
Şərhlər