ABŞ Molla Ömərin öldüyünü təsdiqlədi

01.08.2015 09:52     Siyasi reaksiya     1596

ABŞ kəşfiyyatı “Taliban” lideri Molla Ömərin öldüyünü təsdiqləyib.

Reaksiya.az xəbər verir ki, Ağ Ev Molla Ömərin iki il əvvəl öldüyü haqda yazılı bəyanat verib.

Bəyanatda deyilir: "Minlərlə insanın həyatına bais olan Molla Ömərin ölüm səbəbi dəqiq bilinmir. Prezident Barak Obama deyib ki, ABŞ tarixindəki ən uzun müharibə Əfqanıstan müharibəsidir. Lakin Əfqanıstan təhlükəli bir yer olmaqda davam edir. “Taliban” hərəkatı Əfqanıstan prezidenti Əşrəf Ganinin  real bir sülh razılaşması üçün etdiyi çağırışına müsbət reaksiya verib. Biz və beynəlxalq müttəfiqlərimiz Ganini dəstəkləməyə davam edəcəyik".

Şərhlər

Çox oxunanlar