Fransa XİN: - biz Dağlıq Qarabağı tanımırıq

23.11.2017 11:09     Siyasi reaksiya     1840

"Bizim mövqeyimiz aydındır: biz Dağlıq Qarabağı tanımırıq".

 

Fransanın Azərbaycandakı səfirliyindən apa-ya verilən məlumata görə, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyindən bildirilib.

 

"Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiya"nı hökümət riayyət etməyə məcbur deyil",  -deyə nazirliyin məlumatında vurğulanır.  

 

Qeyd edək ki, separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Fransaya səfəri çərçivəsində Alforvil bələdiyəsi ilə separatçı qurum arasında dostluq "xartiyası" imzalanıb.

 

Bununla əlaqədar Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar