NATO Azərbaycanın müdafiə sahəsində islahatları dəstəkləməkdə davam edəcək

23.11.2017 11:21     Siyasi reaksiya     1746

NATO Azərbaycanda islahatları, xüsusilə də müdafiə sahəsində islahatları dəstəkləməkdə davam edəcək.

Bunu özəl olaraq Trend-ə bu gün Brüsseldə keçiriləcək Şimali Atlantika Şurasının iclası ərəfəsində NATO-dan bildiriblər.

Təşkilatdan bildiriblər ki, Azərbaycan və NATO uzunmüddətli əməkdaşlığa malikdir: "Azərbaycan əvvəlki kimi NATO-nun Əfqanıstandakı missiyasına mühüm töhfəsini verir və biz buna görə minnətdarıq".

NATO-dan onu da bildiriblər ki, təşkilatda Azərbaycanı Şimali Atlantika Şurası üçün vacib tərəfdaş hesab edirlər: "Bu ilin əvvəlində Azərbaycan NATO ilə tərəfdaşlıq fəaliyyətinin yeni fərdi planını təsdiq etdi. Biz Azərbaycanda bütün sahələrdə islahatların keçirilməsini dəstəkləyirik. Müdafiə sahəsi burada əsas yerlərdən birini tutur. Bu, uzunmüddətli dövrü əhatə edən işdir".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar