Politoloq: “Türkmən məsələsinin həll edilməsi Türkiyə üçün şərəf məsələsidir.” - YANAŞMA

01.08.2015 11:15     Siyasi reaksiya     2264

Bu sözləri politoloq Razi Nurullayev reaksiya.az saytına açıqlamasında bildirib.

 “ABŞ və NATO Türkiyəni İŞİD-lə mübarizəyə cəlb etmək istəyirdi. Türkiyə isə uzun müddət dirəniş göstərdi. Çünki, müharibəyə cəlb olunmaq və ölkəni terror xaosuna bürümək ona sərf etmirdi. Çünki, Qərb Türkiyənin irəli sürdüyü şərtlərlə razılaşmırdı. Qərb hesab edirdi ki, Kürdlər İŞİD-i zəiflədə biləcək və mövqelərini möhkəmləndirəcəklər. Bu zaman, müharibədən uğur və qələbə ilə çıxmış Kürdlər daha çox avtonomiya, daha çox güzəşt və ən nəhayət öz dövlətlərini qurmaq barədə razılıq ala bilərlər. Uzun müddət, lakin Kürdlər İŞİD ilə bacara bilmədi. Əksinə, İŞİD daha da gücləndi. Qərb birbaşa quru döyüşlərində itgi vermək istəmədiyindən, region dövlətlərinin gücü ilə İŞİD üzərində qələbə çalmaq istəyir.”

Politoloq həmçinin qeyd edib ki, bu məsələnin həlli Türkiyənin müdaxiləsi olmadan olduqca çətindir: “Ona görə də ABŞ ilə Türkiyə arasında razılıq əldə olundu. Belə demək olar ki, Türkiyə ABŞ-dan razılıq ala bildi ki, Suriya ilə olan 90 km-lik ərazidə 50 km irəliləyərək bufer zonası yaratsın. Bu isə artıq Türkiyənin sərhədində Kürd dövlətinin yaranmasənı mümkünsüz edir. Türkiyəyə yaşl işıq yandırılıb və o artıq regionda hökm verən tərəfə çevrilib. Ola bilsin ki, Türkmənlərə yaradılan şərait də ABŞ-la olan danışıqlarda ana xətt təşkil edib və Türkiyənin şərti qəbul edilib. Türkiyə doğru zamanda doğru qərar qəbul edərək qlobal oyunçuya çevrilməkdədir. Türkmən məsələsinin həll edilməsi həm də Türkiyə üçün namus və şərəf məsələsidir. Son zamanlar zəifləmiş və hakimiyyəti itirmək təhlükəsi ilə üzləşən AKP seçicilərin rəğbətini qazanmaqdadır. Təkrar seçkilər keçiriləcəksə, AKP təkbaşına hökumət qura biləcək. Bütün bu məsələlələrə həm də təkrar seçki prizmasından baxmaq lazımdır.”

 

Şərhlər