Azay Quliyev və Əli Hüseynli Moskvaya səfərə gedəcəklər
29.11.2017 12:00 Siyasi reaksiya 1910
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 29-30-da Rusiya Federasiyasının İctimai Palatasının dəvəti ilə Moskva şəhərində səfərdə olacaq.
Səfər çərçivəsində Şura və İctimai Palata arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək birgə fəaliyyət planı müzakirə ediləcək.
Nümayəndə heyətinə Azərbaycan Hüquqşünasları Konfederasiyasını sədri və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli, Əmək Hüquqlarının Müdafiə Liqasının sədri və Şura üzvü Sahib Məmmədov, Azərbaycan Gənclərnin Avropaya İnteqrasiyası Təşkilatının sədr müavini və Şura üzvü Nərgiz Xələf, “Azərbaycan Rus Gənclər Assosiasiyasının” sədri Roman Boriskin, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və Katibliyinin Beynəlxalq əlaqələr, analitik təhlil və ekspertiza bölməsinin məsləhətçisi Camal Əhmədov daxildir.
Şərhlər