Seçkidə qadın namizədlərin sayı artacaqmı? - Partiya sədrlərinin rəyi - FOTOLAR
01.08.2015 13:56 Siyasi reaksiya 4359
Xatırldaq ki, son 20 ildə Azərbaycanda qadın deputatların sayı 4 dəfə artıb. Hazırda isə parlamentdə 20 qadın deputat təmsil olunur.
Bəs görəsən qarşıdakı ildə Azərbaycan millət vəkillərinin say tərkibindəki qadınların çəkisinin artacağı ehtimalı varmı və siyasi partiyalar bu yöndə hansı addımlar atacaq?
Mövzu ilə bağlı reaksiya.az-a açıqlama verən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirdi ki, seçki kampaniyasına girməkdə qadınlar maraq göstərmirlər:
“Bununla bağlı indidən nəsə deməkdə çətinlik çəkirəm. Çünki qadınlar bu işə çox maraq göstərmir. Ona görə də bizim təkidimizə baxmayaraq partiyamızda çox az qisim qadın namizədliyini irəli sürür. Amma mən qadınları bu işə cəlb etməyin tərəfdarıyam. Biz bu işdə gender bərabərliyi yaratmaq üçün qadınlara sadəcə dəstək verə bilərik. Burada hər kəs könüllü şəkildə bu prosesə girməlidirlər. Qadınların tanınma məsələsi çətin olduğu üçün də uğur qazanmaq olmur. Elə bu baxımdan parlamentdə qadınların sayı az olur”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə hesab edir ki, ölkədə siyasətlə məşğul olan qadınların sayı azdır və seçkilərdə önəmli olan yaxşı iş görməkdir:
“Qadın namizədlərin sayı barədə dəqiq söz deyə bilmərəm, çünki partiyanın namizədlərinin sayı hələ müəyyən olunmayıb. Mən gender bərabərliyi anlayışını qəbul etmirəm. Qadınlığından, kişiliyindən asilı olmayaraq hansı vətəndaş yaxşı iş görə bilirsə, o da deputat seçilməlidir”.
Şərhlər