“Hakkani ölməyib” - “Taliban” rəsmisi

01.08.2015 14:05     Siyasi reaksiya     1191

“Taliban”ın sözçüsü Zabiullah Mücahed Cəlaləddin Hakkani haqqında yazılı açıqlama verib. Reaksiya.az xəbər verir ki, Zabiullah Mücahed açıqlamasında dünən bəzi mətbu orqanlarda Hakkaninin ölüm xəbərinin dərc olunduğunu, lakin bunun doğru olmadığını bildirib.

Mücahed Hakkaninin yaxın zamanlarda bir az xəstə olduğunu, ancaq uzun müddətdir ki, sağlamlıq vəziyyətinin çox yaxşı olduğunu deyib.

Pakistanda yerləşən Əfqan Taliban mənbələri dünən bildirmişdilər ki, uzun müddətdir xəstə olan Cəlaləddin Hakkani 2014-cü ilin iyununda ölüb. Hakkani Əfqanıstanın Host şəhərində dəfn edilib.

Əfqanıstanı işğal edən Sovet İttifaqına qarşı Hizbi-İslami Yunus Xalis qrupunun komandiri olan Hakkani 1989-cu ildə Celalabad şəhərinin müdafiəsində ilk dəfə adını tanıdıb.

1996-cı ildə hakimiyyətə gələn “Taliban” lideri Molla Ömərə sadiqliyini elan edən Hakkani Sərhədlər üzrə nazir vəzifəsində işləyib.

Hakkani 2001-ci ildə “Taliban”ı devirən ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinə qarşı təşkil olunan hücumlarda da mühüm rol oynayıb.

“Taliban” Molla Ömərin bir müddət əvvəl tutduğu bir xəstəlikdən öldüyünü rəsmən açıqladıqdan sonra Molla Ahtar Məhəmməd Mənsurun idarəetmə şurası və alimlərin uzun məsləhətləşmələrdən sonra təşkilatın yeni lideri olaraq seçildiyini təsdiq edib.

 

Şərhlər

Çox oxunanlar