Bahçeli: "Çox təcili koalisiya qurulmalıdır"

02.08.2015 18:24     Siyasi reaksiya     2586

MHP sədri Dövlət Bahçeli mətbuata açıqlamasında bildirib ki, AKP ilə CHP - nin zamana oynamağı buraxmalı və dərhal, çox təcili koalisiyası qurub Türkiyənin önünü açmalı olduğunu bildirib.
Milliyyətçi Hərəkət Partiyasının sədri Dövlət Bahçeli "Twitter" sosial şəbəkəsindən açıqlama yayıb. Terrorun qapqara bir duman kimi hər tərəfi bürüdüyünü, xainlərin cinayət və günah faylının qabardıqca qabardığını iddia edən Bahçeli şərhini belə davam etdirib:
"Daha dəhşətli isə Türkiyə ölümə tərk edilib. Elə bu əsnada uzun bir səssizlik dövrünə basdırılan sözdə ağıldankəm bir qrup üzsüz və arsız bir şəkildə ortaya çıxır. Uzun bir müddət əvvəl soruşmuşdum, bu 63 - lüklər, bu 12 pis adam haradadır, nə danışmayacaq , nə üçün fikir və görüş paylaşmazlar deyə. Bugünkü xəyanət nümayişinə 25 nəfərin çağırılıb, 10 -nun iştirak etdiyi və 20 - sinin də imzaladığı ağılsızlıqlara açıq bir şəkildə PKK də əmr verib".
AKP İLƏ CHP zamana uyğun oynamamalıdır
MHP sədri Dövlət Bahçeli AKP və CHP-yə bəzi təkliflər etməyi də unutmayıb: "Artıq, AKP ilə CHP zamana oynamağı bir kənara qoymalı, dərhal və çox təcili koalisiyanı qurub Türkiyənin önünü açmalıdır".

Şərhlər

Çox oxunanlar