Prezident İlham Əliyev Kelli Kramer ilə görüşüb
23.01.2018 12:32 Siyasi reaksiya 1527
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Davosda "CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer ilə görüşüb.
Reaksiya.az-ın məlumatına görə, görüşdə Azərbaycanın bir çox dövlət qurumları ilə "CISCO” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu qeyd edilib.
Bu şirkətin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin icrasında iştirak etməsinin əhəmiyyəti vurğulanıb. "CISCO” şirkəti tərəfindən Azərbaycana ən müasir texnologiyaların gətirilməsində ölkəmizin maraqlı olduğu bildirilib.
Şərhlər