Avropalı parlamentarlardan Aİ və Rusiyaya çağırış: "Sanksiya müharibəsinə son qoyun"

04.08.2015 00:24     Siyasi reaksiya     2379

 
Avropa Parlamentində Sosialistlər və Demokratlar İttifaqına mənsub parlamentarilər Rusiyanı və Avropa İttifaqını Ukrayna məsələsində siyasi dialoq qurmağa çağırıb.
Reaksiya.az Politico saytına istinadən xəbər verir ki, avropalı parlamentarilər siyasi dialoqun qurulması məqsədi ilə milli parlamentlərinin üzvləri rus millət vəkillərini sanksiya siyahılarından çıxarmaqla çağırış edib.
Avropalı parlamenterlerinin yaydığı məlumatda bunlar qeyd olunub: "Hazırda, Avropada siyasi, diplomatik və fərdi əlaqələrin minimuma endirildiyini görürük. Mövcud böhranı nəzərə alaraq, heç olmadığı qədər dialoqa ehtiyacımızın olduğunu düşünürük".
"Politico" Sosialistlər və Demokratlar İttifaqı üzvlərinin ayrıca Avropada viza rejiminin liberallaştırılaraq asanlaşdırılmasını tələb etdiyini qeyd edib.

Şərhlər

Çox oxunanlar