HƏMSƏDRLƏR GƏLƏN HƏFTƏ ERMƏNİSTANA GEDƏCƏK
02.02.2018 11:55 Siyasi reaksiya 1646
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) Ermənistana səfərlərinin vaxtı məlum olub.
Vasitəçilər Ermənistana fevralın 7-də səfər edəcəklər.
Onlar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar.
Fevralın 3-də isə həmsədrlərin Bakıya səfəri olacaq.
Vasitəçilər fevralın 4-də Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəklər.
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.(apa)
Şərhlər