Ermənistanın dəhliz arzusu dəfn edilir - Tiflisdən bəd xəbər

07.02.2018 13:10     Siyasi reaksiya     2238

Növbəti Rusiya-Gürcüstan danışıqları da nəticəsiz bitdi; politoloq: “Tiflis və Moskva bu məsələdə uzun müddət konsensusa gələ bilməyəcək, çünki...”

İşğalçı Ermənistan blokada rejimini yumşaltmaq üçün inadlı səylərini davam etdirir. Lakin bu qəbildən çabaları reallaşdırmaq indi elə də asan məsələ deyil. Siyasi, geosiyasi faktorlar var ki, onlar vazkeçilməz görünür.

Biri elə Tiflisin Bakı və Ankara ilə ilbəil dərinləşən əlaqələri. Bu əlaqələr artıq iqtisadi-ticari, energetik-kommunikasiya sferalarını deyil, strateji əhəmiyyətli hərbi və təhlükəsizlik sahələrini  da özündə ehtiva edir. Son illər üç ölkə arasında artıq dayanıqlı bir format yaranıb ki, rəsmi Tiflis bunu görməzlikdən gələ bilməz - hətta Ermənistana dəhlizlərin açılması ona əlavə iqtisadi dividentlər gətirsə belə.

Xatırladaq ki, söhbət Abxaziyadan keçən və 20 ildən çoxdur fəaliyyətsiz qalan dəmiryolunun işə salınması ilə yanaşı, Ermənistana alternativ avtomobil yolunun açılmasından gedir. Məsələ son olaraq, Çexiyanın paytaxtı Praqada Rusiya və Gürcüstan rəsmi nümayəndələri arasında görüşdə diqqət mərkəzində olub. Lakin növbəti görüş də nəticəsiz yekunlaşıb.      

*****

Tiflis-Gori-Tskhinvali ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın məlumatına görə, fevralın 5-də Zurab Abaşidze baş nazir Georgi Kvirikaşviliyə Praqada tərəflər arasında (Rusiya XİN başçısının müavini Georgi Karasin) keçirilmiş son nəticəsiz görüş haqda məruzə edib. Praqa görüşündə əsas mövzu isə Cənubi Qafqazdan Rusiyaya və oradan alternativ istiqamətdə - İrəvan-Tiflis-Qori-Tsixinvali-Vladikavkaz yolunun müzakirəsi olub. 

Bəllidir ki, bu mövzu illərdir məhz Ermənistanın təkidi ilə müzakirə edilir. Çünki hazırda istismarda olan və işğalçı ölkəni Rusiya ilə birləşdirən, “Şimali Lars” gömrük postundan keçən yeganə yol - tarixi Hərbi Gürcüstan Yolu tez-tez sel-yağış səbəbindən yararsız hala düşür. Bu üzdən yolda vaxtaşırı Gürcüstan və Ermənistandan olan yüzlərlə böyük həcmli yük avtomobilləri ilişib qalır. Daha təhlükəsiz, stabil və rahat marşrut isə Cənubi Osetiyadan keçən Transqafqaz avtomagistralı hesab olunur. Lakin onun Ermənistanın xeyrinə işə düşməsi üçün Tiflis və Moskvanın razılığı lazımdır.

kreml ile ilgili görsel sonucu

Məsələ ondadır ki, belə bir anlaşma üçün əsas artıq mövcuddur: 2011-ci ildə Rusiyanın Ümumdünya Ticarət Təşkilatın üzvlüyü ilə bağlı Moskva ilə Tiflis arasında “Yüklərin gömrük monitorinqi” haqda ikitərəfli müqavilə imzalanıb. Lakin Praqada Abaşidze-Karasin danışıqlarının axırıncı raundu göstərdi ki, tərəflər yekun anlaşmanın mühüm detalları barədə heç cür anlaşa bilmirlər.

Söhbət həm də ondan gedir ki, Rusiyanın müstəqil dövlət kimi tanıdığı Cənubi Osetiya ilə Gürcüstan arasında gömrük postunun qoyulub-qoyulmayacağından gedir. Rusiya tərəfinə görə, Moskva Abxaziya və Cənubi Osetiyanı suveren qurum kimi tanıdığından, belə postlar olmalıdır. Gürcü tərəfi isə bunu qəbul eləmir, çünki o halda Tiflis bu iki separatçı rejimin müstəqilliyini tanımış olacaq.

Zurab Abaşidze ile ilgili görsel sonucu

Öz növbəsində Zurab Abaşidze böyük lobbist qrupların təzyiqlərinə rəğmən, məsələdə Gürcüstanın kompromisə gedəcəyini şübhə altına ləb. O, yekun rəyin baş nazirlə görüşdən sonra bəlli olacağını söyləyib. Lakin diplomatın G.Kvirikaşvili 5 fevral görüşünün də nəticəsiz bitdiyi haqda informasiya gəlib.

*****

İrəvanda isə hər şeyə rəğmən, hələ də bu yöndə nikbin bəyanatlar verilməkdədir. Məsələn, xarici işlər naziri Edvard Nalbəndyanın axırıncı açıqlamasından belə qənaət hasil olur ki, Ermənistan nəinki Transqafqaz avtomobil yolunun, həm də Abxaziyada keçən dəmir yolunun açılmasını gözləyir. Hərçənd son hadisələr göstərir ki, belə ümidlər əbəsdir, nədən ki, məsələ öz kardinal həllini tapmayıb. Siyasi müşahidəçilərə görə, bundan ötrü bütün maraqlı regional oyunçular arasında bir neçə danışıqlar raundu keçirilməlidir.

Maraqlıdır ki, bu arada belə danışıqları daha mənasız edən, demək, Ermənistanın ümidlərini bir az da boşa çıxaran xəbər gəlib. “Yeni Müsavat”ın xəbərinə görə, dünən Rusiya prezidenti Cənubi Osetiyadakı separatçı hərbi birləşmələrin Rusiya ordusu tərkibinə daxil edilməsi haqda qanunu imzalayıb. Bundan sonra separatçılar Rusiya silahlı qüvvələrində hərbi xidmət keçəcəklər ki, bu da sövq-təbii Tiflislə Moskva arasında onsuz da kövrək olan etimad atmosferini daha da zədələyəcək.     

*****

Ermənistan isə nəyin bahasına olur-olsun, Azərbaycan torpaqlarının işğalına görə üzləşdiyi və ildən-ilə daha da ağırlaşana nəqliyyat-kommunikasiya blokadasını yarmağa çalışır. Yeganə yol, əlbəttə ki, Gürcüstandan alternativ avtomobil və dəmir yolu marşrutunun açılmasına nail olmaqdır ki, bu ümidlər də, vurğulandığı kimi, Tiflis-Moskva ziddiyyətləri və geosiyasi amillər üzündən daşa dirənib.

Tofiq Abbasov ile ilgili görsel sonucu

“Tiflis əslində həmin marşrutların açılmasında maraqlıdır, ancaq gəl ki, hər şey onun səlahiyyətində də deyil”. “Yeni Müsavat”ın məlumatına görə, bunu politoloq Tofiq Abbasov deyib: “Gürcü tərəfi ilə söhbətdə ötən ilin dekabrında erməni prezident Serj Sərkisyan qarşı tərəfdən verbal dəstək almışdı. Lakin sadə olmayan geosiyasi reallıqlar fonunda nəqliyyat dəhlizlərinin aktivləşməsi məsələsi iqtisadı qayğıların çərçivəsini aşır. Bunu kim bilməsə də, erməni isteblişmenti xırdalığına kimi bilir. Rusiya və Gürcüstan belə görünür ki, tezliklə konsensus tapa bilməyəcək”.

“Moskva üçtərəfli (Gürcüstan-Rusiya-İsveçrə - red.) sazişini implementasiya eləməyə açıq aşkar tələsmir. Heç kim də onu tələsməyə vadar edə bilməz. Ancaq problem təkcə bunda da deyil. Həm də ondadır ki, İrəvan bir yandan özünün qərbyönlü niyyətlərində ”rezini" öz tərəfinə əyməklə öncədən öz əsas müttəfiqinin səbrindən sui-istifadə edir. Erməni isteblişmentində anti-Rusiya ovqatı artıq Moskva üçün hədələyici miqyas alıb. Beləcə, Qərblə oynayan İrəvan Rusiyaya təsir göstərmək məsələsində öz imkanlarını şişirtməkdədir. İkinci qəliz motiv isə odur ki, özünün sədaqətli və dürüst qonşu olduğu haqda bəyanatlar verən Ermənistan bir əli ilə Tiflisin başını sığallayırsa, o biri əli ilə altdan-altdan ermənilər yaşayan gürcü bölgəsi  Cavaxetiyanı Tiflis əleyhinə qızışdırır", - deyə sonda politoloq əlavə edib.

Bunun bir adı da nankor ermənilərin oturduqları budağı kəsməsidir. Necə deyərlər, düşən nə edir, özünə edir. Hər halda, günün gerçəyi budur ki, Ermənistanın dəhliz arzusu dəfn edilir...

Şərhlər

Çox oxunanlar