İrəvanın “dəmir” təlaşı - Bakı İranın Ermənistana yolunu bağlayır

13.02.2018 15:45     Siyasi reaksiya     2186

İşğalçı ölkə pat və dalan vəziyyətində; Azərbaycan-Rusiya-İran ortaq dəmiryolu layihələri və üçlü sammitlər düşmən tərəfin yuxusunu qaçırıb; Bakı regionda həlledici oyunçuya çevrilir; erməni nəşri: “Tehran bizim izqoy ölkə olduğumuzu göstərdi”, “Varlı Azərbaycan viranə Ermənistana həmişə təhlükə olacaq, zaman əleyhimizə işləyir...”

Qonşu ölkələr arasında iqtisadi inteqrasiya ən əvvəl dəmir yollarının inteqrasiyası, birləşdirilməsi ilə başlayır. Bu, yoxsa, ciddi iqtisadi əlaqələrdən danışmağa dəymir. Potensial ola-ola, qonşular arasında iqtisadi əməkdaşlıq zəifdirsə, demək, ölkələr arasında siyasi bağlar da, qarşılıqlı etimad da, hətta insani-humanitar əlaqələr də zəif olacaq.

 

Bu xüsusda son illər bölgədə Azərbaycanın episentrində olduğu iri nəqliyyat və enerji layihələrinin bir-birinin ardınca həyata vəsiqə alması dostlarımızı sevindirdiyi qədər, düşmənlərimizi, xüsusən də Ermənistanı bir o qədər təlaşlandırır. Bu barədə az sonra.

*****

İşğalçı ölkənin nəqliyyat və iqtisadi izolyasiyasını gücləndirən meqa-layihələrdən biri ötən ilin oktyabrında işə düşən Bakı-Tiflis-Qars dəmir yolu oldu. Fevralın 8-də isə inşası tamamlanan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu üzrə ilk sınaq qatarı hərəkət edib. 6 vaqondan ibarət həmin qatarla Rusiyaya məxsus yüklər İrana çatıb.

Qəzvin-Rəşt dəmir yolu ile ilgili görsel sonucu

Uzunluğu 10 km olan, “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi Qəzvin-Rəşt dəmir yolunun davamı sayılan Astara-Astara yolunun tam həcmdə işə düşməsi gələn ay, rəsmi açılışdan sonra olacaq. Açılışı Azərbaycan və İran prezidentlərinin edəcəyi gözlənilir.

Regionda Azərbaycanın iştirakı ilə baş verən bu kimi mühüm gəlişmələri bəlli səbəbdən ən çox təcavüzkar Ermənistan izləyir. Ancaq müşahidə eləməkdən savayı əlindən heç nə gəlmir. Öncə erməni xalqı öz qərarını verməlidir ki, onu və Ermənistanı blokada rejimində, böyük iqtisadi layihələrdən kənarda saxlayan bir hakimiyyətlə üzülüşsün, ya yox?

Yəni bu, ən əvvəl erməni tərəfinin problemidir. “Yeni Müsavat” xatırladır ki, Bakı bu problemi erməni xalqının maraqları çərçivəsində uğurlu həll yolunu dəfələrlə bəyan edib. Ermənistanın getdikcə daha ağır təcridə tuş gəlməsi isə bir sıra yerli analitiklər səviyyəsində açıq etiraf edilməkdədir.

*****

Qəzvin-Rəşt dəmir yolu ile ilgili görsel sonucu

Məsələn, “Yeni Müsavat” xəbər verir ki, 1 in.am nəşrinin şərhçisi Sərkis Arsuruni dünənki məqaləsində yazır: “8 fevral hadisəsi göstərdi ki, Rusiya, İran və Azərbaycanın dəmir yolu sistemlərinin inteqrasiyası baş verir. Bununla da regionda üç ölkənin iştirakı ilə yeni və perspektivli əməkdaşlıq platforması yaranmaqdadır. Bu isə öz növbəsində vaxtaşırı üç ölkə prezidentlərinin sammitini labüd edir (növbəti belə bir sammit Moskvada keçiriləcək - ”YM"). Azərbaycanın mərkəzində olduğu bu layihə Ermənistanın siyasi və iqtisadi blokadasını daha güclü şəkildə qabardır".

Müəllif daha sonra yazır: “Bakının rəsmi dairələri ”Şimal-Cənub" layihəsinin onlardan ötrü tək iqtisadi deyil, siyasi kontekstdə də önəmli olduğunu gizlətmir. Ona görə ki, Ermənistan regional əməkdaşlıqdan sıxışdırılmış olur. O da diqqətçəkicidir ki, belə qlobal proqramlar tədricən İranın Ermənistana ehtiyacını sıflırlayır. İran faktiki şəkildə məhz Azərbaycan əraziləri vasitəsilə Avropa və Rusiya bazarlarına çıxış üçün özünə alternativlər təmin eləmiş olur. Halbuki son illər Tehranda dəfələrlə işarə vurublar ki, qlobal kommunikasiya layihələrində İran Ermənistanı etibarlı tərəfdaş sayır. Bizim hakimiyyətin buna reaksiyası isə yumşaq desək, adekvat deyil. Tehran isə İrəvanın Rusiya qadağalarını nə vaxt adlayacağını sonsuza qədər gözləyə bilməz. Beləcə, Ermənistanın Rusiyanın ayaqaltı dövləti statusu geridönməz şəkildə möhkəmlənir. Nəticə etibarilə bizim ölkə öz subyektivliyinin itirir və demək olar, regionun bütün inteqrasiya layihələrindən vurulub çıxarılır".

Armenia ile ilgili görsel sonucu

Erməni şərhçiyə görə, İrəvandan ötrü bu, həm də Qarabağ siyasətində uğursuzluq deməkdir: “Ermənistan üçün formalaşmış mahiyyət etibarilə belə bir pat və dalan konteksti İrəvanın Qarabağ siyasətinin əsassızlığını ortaya çıxarır. Status-kvonu saxlamağa köklənən bu siyasət gerçəkdə rasional deyil. Nədən ki, status-kvo ön xətdə və ya hərbi müstəvidə formalaşmış balansdan daha çox, həm də Azərbaycanın və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsidir. Qarabağ konfliktinin mövcudluğu, sərhədlərin bağlı qalması Ermənistanın Rusiyadan asılılığını gücləndirir, onun iqtisadiyyatını inkişaf resurslarından məhrum edərək boğur. Bu kontekstdə Azərbaycan faktiki, bütün regional layihələrdə həlledici oyunçuya çevrilir. Bu isə labüd olaraq, iki ölkənin iqtisadiyyatının qeyri-bərabər, Ermənistanın xeyrinə olmayacaq inkişafına gətirəcək”.

“Milyardlarla dollar gəliri olan Azərbaycan viranə qalmaqda olan Ermənistana həmişə təhlükə olacaq. Belə bir aksiom-fakt bizim siyasi və dövlət sistemlərimizin qeyri-adekvatlığından, qeyri-rasionallığından xəbər verir. Ermənistan hakimiyyətinin apardığı siyasətin effektlilik göstəricisi danışıqlar prosesinin uzanması yox, əksinə, rasional kompromislər əsasında münaqişənin tezliklə həlli olmalıdır. Vaxt gözləmir. Vaxt Ermənistanın əleyhinə işləyir. Danışıqlar prosesindən mümkün olanı əldə eləmək üçün situasiyanı ağıllı başla dəyərləndirmək lazımdır”, - deyə erməni təhlilçi sonda əlavə edib.

Bu, həm də konflikti süni surətdə uzatmaqla öz hakimiyyətinin ömrünü uzatmağa çalışan Sərkisyan rejiminə, bütövlükdə “Qarabağ klanı”na xəbərdarlıqdır. Zaman indi həqiqətən işğalçının xeyrinə işləmir....

Reaksiya.az

Şərhlər

Çox oxunanlar