“Dünyada 3500 azad iqtisadi zona var, amma...” - Spikerdən İRAD

13.02.2018 15:51     Siyasi reaksiya     1844

“Bildirim ki, qanun birinci oxunuşdan müzakirəyə çıxarılıb və əsasən konseptual təklifləri irəli sürülməlidir”.

Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov “Ələt azad iqtisadi zonası” haqqında qanun layihəsinin müzakirəsi zamanı deputatların iradlarına münasibət bildirərkən deyib.

Spiker bildirib ki, söhbət investorlar üçün əlverişli şəraitin yaradılmasından gedir:

“Nə üçün bir əcnəbi bura investisiya qoymaqda maraqlı olmalıdır? Bunun üçün müvafiq şərait yaradılmalıdır, investor bilməlidir ki, burada qazanc var. Məlumat üçün deyim ki, dünyada 3500 azad iqtisadi zona var, lakin onların cəmi 150-si normal işləyir. Niyə? Çünki normal şərait yaradılıb. Təklif edirəm ki, qanun layihəsinə konseptual yanaşaq”.(publika)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar