Ərəstun Oruclu: "Məmur övladlarını parlamentdə görməyəcəyik"

04.06.2015 18:26     Siyasi reaksiya     968

"Bunun özü siyasi konyuktura baxımından real deyil"

Ölkədə bir neçə məmur var ki, onlar öz övladlarını Milli Məclisə seçdirməyə çalışa bilərlər.

Bunu politoloq, "Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu "Reaksiya.az" -a açıqlamasında deyib. O qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən məmurlara bu istəklərini reallaşdırmaq üçün imkanlar yaradılacağına inanmır: "Bu, siyasi konyuktura baxımından da real deyil. Mülkiyyət məsələsi də gündəmə gələcək və ciddi müzakirələr ola bilər. İctimaiyyət də bunu birmənalı qarşılamayacaq. Hamı yaxşı bilir ki, Azərbaycanda demokratik seçki ilə bağlı ciddi problemlər var. Məmur-oliqarx övladlarından kiminsə parlamentə düşməsi adi də qarşılana bilər, amma yenə də gözləmirəm".

Ə.Oruclu qeyd edib ki, regional proseslər də Azərbaycanı ehtiyatlı davranmağa vadar edir: "Seçkilər ərəfəsində siyasi mühitdə gərginliyin olacağı fikrindəyəm. Müxalifət partiyaları da fəallaşa bilərlər".

Rüfət ƏHMƏDZADƏ

Şərhlər

Çox oxunanlar