Poroşenko milli polisin yaradılması haqqında qanunu imzalayıb
04.08.2015 19:29 Siyasi reaksiya 2082
Ukrayna prezidenti Pyotr Poroşenko milli polisin yaradılması haqqında qanunu imzalayıb.
"Reaksiya.az" məlumat verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.
Sənədi imzalayan Poroşenko qeyd edib ki, ölkədə baş verən dəyişikliklər Ukrayna polisi ilə əlaqələndirilir.
Qeyd edək ki, iyulun sonlarında Poroşenko polis rəhbərliyinə xarici vətəndaşın gətiriləcəyini istisna etməyib. O xatırladıb ki, yeni strukturun yaradılması prosesinə amerikalı mütəxəssislər cəlb olunub.
Şərhlər