Aİ səfiri: "Azərbaycanda seçkilərin açıq və demokratik keçəcəyinə ümid edirik"

16.02.2018 11:40     Siyasi reaksiya     1413

Azərbaycan Avropa İttifaqına prezident seçkilərini izləmək üçün dəvət göndərib.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

O, aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini şərh edərkən bildirib ki, seçkilər hər bir ölkə üçün mühüm prosesdir: "Azərbaycanda baş tutacaq seçkilərin açıq və demokratik keçəcəyinə ümid edirik".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar