Avropa Birliyindən Türkiyəyə PKK çağırışı

05.08.2015 03:18     Siyasi reaksiya     1943

Reaksiya.az CNN TÜRKə istinadən xəbər verir ki, Avropa Birliyinin məlumatına görə Türkiyənin AB nümayəndəsi Volkan Bozkırla AB-nin “Qonşuluq siyasəti və Genişləndirmə Müzakirələri”ndən məsul nümayəndəsi Cohannes Hahnın görüşü baş tutub.

   Xəbərdə deyilir ki, Hahn Bozkıra 28 ölkədən ibarət bloqun türkiyəli yetkililərin İŞİD ilə mübarizəni sürətləndirmə barədə aldığı qərarı təsdiqlədiyini və Avropa Birliyinin bu mövzuda Türkiyəyə hər zaman güclü dəstək ola biləcəyini bildirib.

 Görüşdə həmçinin Hahnın son olayların kürd- türk barış sürəcinə mənfi təsir edə biləcəyindən narahatlığını ifadə etdiyi də bildirilir. Türkiyənin hər cür terrora qarşı cavab haqqının olduğunu bildirən Hahn bu cavabın dəqiq hədəfə yönəlməsinin vacibliyini vurğulayıb. “ Bu cavab heç bir şəkildə demokratik siyasi dialoqa zərbə vurmamalıdır” deyə Hahn əlavə edib.

Şərhlər

Çox oxunanlar