Hikmət Babaoğlu: Azərbaycan Avropa ölkələri ilə bir çox layihələrdə tərəfdaşdır...

04.06.2015 18:29     Siyasi reaksiya     976

Bunu "Reaksiya.az" – a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu iyunun 10-da Avropa Parlamenti “İdman və insan hüquqları” mövzusunda keçiriləcək dinləmələri şərh edərkən bildirib. H.Babaoğlu qeyd edib ki, bu dinləmələrin I Avropa Oyunlarından iki gün öncə keçirilməsi heç də təsadüfü deyil. Avropa Parlamenti hər zaman olduğu kimi bu dəfə də Azərbaycana qarşı öz ikili standartlar siyasəti ilə çıxış edir: “Amma Avropa Parlamentinin hər hansı bir dinləmələri keçirməsi I Avropa Oyunlarının keçirilməsinə heç bir təsir göstərməyəcək. Azərbaycan bu oyunları tarixdə ilk dəfə keçirəcək və tarixdə də qalacaq. Bu oyunlar təkcə Avropa Parlamentində təmsil olunan ölkələri yox, ümumilikdə Avropa qitəsində olan ölkələri əhatə edir. Və Azərbaycan Avropa ölkələri ilə bir çox layihələrdə tərəfdaşdır. Bu baxımdan, bəzi anti-azərbaycançı qüvvələrin nə etmələrindən asılı olmayaraq, bu yarışlar yüksək səviyyədə baş tutacaq”.

 

Zaur QƏRİBOĞLU

Şərhlər

Çox oxunanlar