Fazil Mustafa: "Bu, Türkiyənin daxili problemidir"

05.08.2015 10:41     Siyasi reaksiya     1277

Məlum olduğu kimi, son dövrlər Türkiyədə PKK ilə qarşıdurmalar intensivləşib. Nəticədə təkcə iyulda 16-sı polis olmaqla 20 nəfər həyatını itirib, 43 nəfər yaralanıb.  

Ölkənin müxtəlif bölgələrində bombalı və silahlı hücumların regiondakı vəziyyətə necə təsir edəcəyini öyrənməyə çalışdıq.

Məsələ ilə bağlı deputat Fazil Mustafa  reaksiya.az-a açıqlama verdi. 

O, Türkiyədə baş verənlərin regiona  çox böyük təsiri olacağını düşünmədiyini bildirdi: "Əslində, bu, Türkiyənin daxili problemidir. Artıq Türkiyə Silahlı Qüvvələri PKK silahlı qruplaşmasının qarşısını almaq üçün ciddi addımlar atır. Ümid edək ki, ən qısa müddətdə qarşısı alınacaq".

Şərhlər