ABŞ-dan “ Incirlik bazası” açıqlaması

06.08.2015 00:35     Siyasi reaksiya     2278

 Reaksiya.az xəbər verir ki,  ABŞ-da Müdafiə Nazirliyi Pentaqon nümayəndəsi  kapitan Jeff Davis Əncirlik Bazasından Suriyaya silahlı pilotsuz təyyarələrin qalxdığını bildirdi.

Jeff Davis açıqlama verdiyi mətbuat konfransında təchizat proqramına aid önəmli məlumatlar verib. Jurnalistlərin suallarını cavablandıran Davis ABŞ ordusunun suriyalı müxaliflərə verdiyi dəstəyi artırdığını qeyd edib.

 Pentagon sözçüsü həmçinin müxalifləri Əsəd rejiminin hücumlarından və digər hücuma keçə biləcək qüvvələrdən qorumaq üçün bəzi qanunları da həyata keçirəcəklərini bildirib. İndiyə qədər heç bir hücum təşkil etmədiklərini deyən Davis bundan sonra bu cür hücumlar edə biləcəklərini qeyd edib.

Sonda isə sözçü bildirib ki, təchizat proqramı çərçivəsində yaradılan qüvvələrin Nüsra cəbhəsi ilə cümə günü qarşılaşdığı vaxt ilk dəfə olaraq havadan müdafiə məqsədilə atəş açıblar.

 

Şərhlər

Çox oxunanlar