XİN-in notasına CAVAB - “ABŞ Dağlıq Qarabağ rejimini tanımır”

13.03.2018 13:13     Siyasi reaksiya     1750

"ABŞ-ın mövqeyi dəyişməyib. ABŞ digər ölkələr, o cümlədən Ermənistan da daxil olmaqla de-fakto Dağlıq Qarabağ rejimini tanımır".

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin səfir Robert Sekutanın XİN-ə çağrılması və ona etriaz notasının təqdim olunması ilə bağlı məlumatında bildirilib.

Səfirliyin məlumatında qeyd edilib: "Birləşmiş Ştatlar ATƏT-in Mink qrupunun prosesini dəstəkləyir və münaqişənin Helsinki Yeku Aktı prinsipləri - Gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüuqular və xalqların öz müqəddaratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək".

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar