Üç ölkənin xarici işlər naziri bu gün Bakıda görüşür

14.03.2018 12:18     Siyasi reaksiya     1873

Bakıda Azərbaycan, Türkiyə və İran XİN başçılarının bir araya gəlməsi işğalçı ölkənin rahatlığını pozub

Martın 14-də Bakı daha bir mühüm görüşə ev sahibliyi edəcək. Belə ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçlü sammiti paytaxtımızda keçiriləcək. Gələn həftə isə Gürcüstanın xarici işlər nazirinin də qatılacağı dördlü sammit keçiriləcək.

Mart ayında İran prezidenti Həsən Ruhaninin Azərbaycana nəzərdə tutulan səfəri, həmçinin iki ölkə arasındakı körpülərin daha da möhkəmləndirilməsinə xidmət edən dəmir yolu xəttinin açılışının keçiriləcəyini nəzərə alsaq, qarşıdakı görüşlərin çox mühüm əhəmiyyət kəsb etdiyini deyə bilərik. Qeyd edək ki, bu günlərdə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili böyük bir nümayəndə heyəti ilə Azərbaycana gəlib və yüksək səviyyəli görüşlər keçirib. Həmçinin həftəsonu Türkiyənin baş naziri Binəli Yıldırım da digər mötəbər tədbirdə iştirak etmək üçün Bakıya gələcək. Göründüyü kimi, Azərbaycanın başkəndi regionda açar rolunu oynayan, həm də mühüm bir mərkəzə çevrilən ünvandır.

Xüsusilə də Bakı-Tiflis-Qars dəmir yolu layihəsindən kənarda qaldıqdan sonra zəncir gəmirən bir sıra erməni təhlilçilər bu durumdan çox rəncidə olublar. Onlar açıq hesab edirlər ki, gürcü həmkarı Mixeil Canelidzeni qəbul edən xarici işlər naziri Elmar Məmmədyarovun növbəti həftə Türkiyə, Gürcüstan və İranın xarici işlər nazirlərinin iştirakı ilə Bakıda görüş keçiriləcəyi barədə sözlərini təsadüf hesab etmir. “Artıq yeni, dördtərəfli format Bakını Ermənistanın izolyasiya vəziyyətinə salmasının bir faktıdır. Əlbəttə, E.Məmmədyarovun və Z. Həsənovun bəyanatlarını dramatikləşdirmək lazım deyil. Lakin Ermənistanın, demək olar ki, bütün regional inteqrasiya proseslərindən kənarda qalması həqiqətən olduqca təşvişdoğurucudur. Ermənistanın xarici siyasəti, deyəsən, vahid məntiqdən məhrum qalıb. Gürcüstan və İranla münasibətlərdə bütün strateji hədəflər və regional komponentlər bir kənara atılaraq yalnız ikitərəfli formatla məhdudlaşır” - Artsrunin deyib. Ekspert deyib ki, rəsmi İrəvanın qeyri-adekvat siyasəti İranın Ermənistana olan marağını daha da azaldıb: “Əksinə, İran Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli əməkdaşlığı sayəsində Avropa bazarlarına çıxmaq şansı əldə edib. Üstəlik, İran Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığına da inteqrasiya olunmaqda çox maraqlıdır. Ermənistanın geridə qalmış dövlət və siyasət sistemi ilə iddialı xarici siyasət həyata keçirmək halı yoxdur”.

İran Azərbaycan Türkiyə Xin başçıları ile ilgili görsel sonucu

Bundan bir neçə gün qabaq Gürcüstanın müdafiə naziri Levon İzoriya da Bakıda səfərdə olarkən iki ölkə arasında hərbi əməkdaşlıq haqqında anlaşma əldə edilib. Bundan əlavə, gürcü nazir Türkiyə ilə birlikdə üçlü formatda əməkdaşlığı yüksək qiymətləndirmişdi.

Hazırda iqtisadiyyat naziri, İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi  nümayəndə heyəti İranda səfərdədir. O, İranın İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.  Ş. Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16% artıb, İran Azərbaycana 3,1 mlrd. ABŞ dolları investisiya yatırıb. Nazir deyib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr davam edir. 2017-ci ildə Rusiyadan İrana və əks istiqamətdə Azərbaycandan 19 mindən çox TIR keçib, İranda milli daşıyıcılarımızın çəkisi isə 23,2% artıb. İrandan Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır və 2017-ci ildə 363 min nəfərə çatıb.

Bütün bu faktlar isə Ermənistan üçün nəfəslik rolunu oynayan İranla bağlı işğalçı ölkədəki həyəcanı daha da artırır. Üstəlik, üçlü formatda əlaqələrin dərinləşməsi İrəvanda panika yaradıb.

“Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin nəzərdə tutulan görüşləri ilə bağlı rəsmi İrəvanın heç bir açıqlaması olmasa da, bəzi erməni şərhçilər formatda keçiriləcək tədbirin Ermənistanı növbəti dəfə bütün layihələrdən kənarda qoyulması təşəbbüsü olduğunu yazmaqdadırlar”. 

Siyasi ekspert Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Siyasi ekspert Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında belə dedi. Ekspert bildirdi ki, Ermənistan Tehranı xilaskar qismində görürdü: “İrəvan İranla bir çox məsələdə ortaq addımlar atmağı planlaşdırırdı, layihələr işlənmişdi, bunlardan biri dəmir yolu xəttinin çəkilməsi idi, hətta İran qarşı tərəfdən bu işin reallaşdırılması üçün ortaya bəlli miqdarda vəsait qoyulmasını istəmişdi. Lakin Ermənistan belə gücü olmadığından bu proyekt gündəmdən çıxdı. Həmçinin Ermənistan və İranın digər ortaq layihələri də işə salınmışdı. İran artıq anlamağa başlayıb ki, iqtisadi olaraq Ermənistanla əməkdaşlıq etmək heç bir qazanc gətirməyəcək. Böyük ehtimalla XİN başçılarının görüşündə yeni iqtisadi əməkdaşlığın təməlləri qoyulacaq. Buna isə Ermənistanda qısqanclıqla yanaşmaqdalar”. Q.Çaxmaqlı qeyd etdi ki, məsələnin siyasi tərəfi də erməniləri narahat edir və onlar bunu açıq dilə gətirirlər: “İran Dağlıq Qarabağı Azərbaycan ərazisi saysa və erməni ordusunun bu bölgədən çıxması ilə bağlı fikirlər səsləndirsə də, indiyəcən praktik heç bir addım atmayıb. Azərbaycanın və Türkiyənin bölgədə gedən proseslər zəminində bu ölkəni öz tərəfinə çəkmək istəməsi erməniləri çətin duruma sala bilər.

”Bizi həyat mənbəyindən məhrum eləmək istəyirlər. İran Ermənistan üçün önəmli bir partnyordur. İndiyəcən heç bir problemimiz olmayıb".

İran Azərbaycan Türkiyə Xin başçıları ile ilgili görsel sonucu

Bu sözləri Artak Balasanyan adlı şərhçi “Jamanak” qəzetinə deyib. O da əlavə olunur ki, Türkiyənin Afrində uğurlu əməliyyatları Ermənistanı narahat etməlidir, heç kim qarantiya verə bilməz ki, eyni tale Ermənistanın da başına gəlməyəcək. Türklərin (Azərbaycan və Türkiyə nəzərdə tutulur-E.P.), İranın bu işə qol qoymasının qarşısı alınmalıdır" deyilir. Həmçinin ermənicə mətbuat orqanlarında Türkiyənin Afrin zəfərinin Ermənistan üçün təhlükəli nəticələr verəcəyinə də diqqət çəkilir". Ekspert dedi ki, Azərbaycan ordusunun son günlərdə edəcəyi hərbi təlimlərin nə demək olduğunu anlamağa çalışan erməni politoloqlar seçkilərdən sonra Azərbaycan və Türkiyənin Qarabağ məsələsində hərbi siyasi fəallığı artıracağını düşünürlər: “İndi Türkiyə və Azərbaycan Rusiya ilə isti münasibətdədirlər, İranı da öz tərəflərinə çəksələr, bizim işimiz ağır olacaq” - deyənlər var. Bəziləri isə Amerika ilə daha sıx əməkdaşlıq etmənin zamanın gəldiyini ifadə edirlər. Hər halda, üç ölkənin XİN rəhbərlərinin bu araya gəlməsi Rusiya üçün də məqbuldur. Bölgədə Rusiya üçün də onun sözünü deyən ittifaqa ehtiyac var".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar