Qərbin Ukraynadakı şahmat oyunu yaxşı bitməyəcək

06.08.2015 01:23     Siyasi reaksiya     1517

ABŞ Xarici İşlər Nazirliyinin keçmiş işçisi Rudni Martin qərb qüvvələrinin öz məqsədlərinə nail olmaq üçün Ukraynada “oyuncaq hökumət” qurduğunu deyib.

Reaksiya.az - ın xəbərinə görə, Rudni Martin deyib ki, Ukrayna hökumətinin qərb ölkələrinə milyardlarla dollar borcu olduğu üçün onların sözündən çıxa bilmir.

 Qərbin məqsədlərinə toxunan keçmiş nazirlik əməkdaşı birinci məqsədin Sovet imperiyasını süquta uğratmaq olduğunu deyib. “İndiki məqamda isə məqsəd Rusiyanı parçalamaqdır” deyə Martin bildirib. Hazırda həssas bir dönəmdən keçildiyini bildirən Rudni Martin hazırda dialoqun vacibliyindən bəhs edib.

 Ukraynanın şərqindəki qarışıqlığın günahkarının hökumət olduğunu deyən Martin “Ukraynalılar sonu yaxşı olmayan şahmat oyununda piyada kimi istifadə edildiklərini başa düşməlidirlər. Qərb heç kim üçün fədakarlıq etməz “ ifadələri ilə çıxışını bitirib.

Şərhlər

Çox oxunanlar