Putin və Olland razılaşdı: - Fransa “Mistral”ların pulunu qaytardı

06.08.2015 03:10     Siyasi reaksiya     2002

 

Rusiya prezidenti Putin və Fransa prezidenti Olland arasındakı telefon əlaqəsi heç cür nəticə əldə olunmayan Mistral vertolyot gəmiləri ilə bağlı problemə son qoydu. Ölkə başçıları iki vertolyot gəmisinin hazırlanması və təqdim edilməsilə bağlı razılıq əldə etdi.

 Kremldən verilən açıqlamada “ Moskva Mistral mövzusunun tamamilə həll olunduğuna inanır” deyilir.

Razılığa görə Fransa Rusiyanın müqavilə şərtlərinə görə ödədiyi bütün pulları təzminat olaraq ödəyəcək və gəminin hazırlanması üçün Rusiyadan alınan bütün ləvazimatları qaytaracaq.

 Digər bir məlumatda isə Fransanın həmin pulları Rusiyanın hesabına ödədiyi bildirilir. Fransa bütün ləvazimatları qaytardıqdan sonra mülkiyyət haqqı əldə edəcək və gəmiləri istədiyi kimi istifadə edəcək.

Təzminatın məbləği açıqlanmasa da, bunun hardasa 1,2 milyard dollar olduğu təxmin edilir.

 

Şərhlər

Çox oxunanlar