Şimali Koreya XİN başçısı Bakıda Qoşulmama Hərəkatının konfransında iştirak edir
05.04.2018 12:13 Siyasi reaksiya 1315
Şimali Koreyanın xarici işlər naziri Ri Yon-ho bu gün Bakıda işə başlayan Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin konfransında iştirak edir.
"Report" xəbər verir ki, Ri Yon-ho “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin ikigünlük konfransına qatılmaq üçün Azərbaycana gəlib.
KXDR XİN başçısı jurnalistlərin suallarına cavab verməkdən imtina edərək, mətbuatla ünsiyyətdən yayınıb.
Xatırladaq ki, Ri Yon-ho Azərbaycan və Rusiyaya səfər etmək üçün aprelin 3-də Pxenyandan Pekinə uçub. O, Bakıdakı konfransa qatıldıqdan sonra Moskvaya gedəcək.
Şərhlər