Azərbaycan prezidenti Kot-d’İvuarın dövlət başçısını təbrik edib
06.08.2015 18:37 Siyasi reaksiya 1771
Azərbaycan prezidenti İlham Əliyev Kot-d’İvuar Respublikasının dövlət başçısı Alassane Uattaranı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Reaksiya.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab prezident, Kot-d’İvuar Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.
Şərhlər