Ermənilərin 2-ci “qara aprel”i - müharibə anonsu verilə bilər

09.04.2018 11:13     Siyasi reaksiya     1866

“Hərb partiyası” ilə yola davam, yoxsa tamam?; İşğalçı ölkə bu gün özünə təkcə yeni baş nazir seçmir; Serj Sərkisyanın qələbəsi erməni xalqının məğlubiyyəti demək olacaq, çünki...; alman politoloq: “Sərkisyan Qarabağ konflikti hesabına hakimiyyətə gəlib və güzəştlərdən qorxur...”

Aprelin 9-da Ermənistanda yeni baş nazirin adı bəlli olacaq. Bu seçki ilə işğalçı ölkə rəsmən parlamentli üsul-idarəyə keçəcək, yəni Ermənistan hökumət və onun başında duracaq şəxs tərəfindən idarə olunacaq. Ötən saylarımızda yazdığımız kimi, möcüzə baş verməsə, yeni posta iki 5 illik prezidentlik müddəti bitməkdə olan Serj Sərkisyan yiyələnəcək. Hərçənd, erməni ictimai fikri, əksər erməni ekspert çevrələri və xaricdəki erməni lobbisi onun əleyhinədir.  

Azərbaycanın maraqları diktə edir ki, işğalçı ölkənin əsas şəxsi kimi baş nazir kürsüsündə “müharibə partiyası”nın və “Qarabağ klanı”nın odioz başçısı, Xocalı canisi və keçmiş “səhra komandiri” Serj Sərkisyan yox, müharibə iştirakçısı olmayan, əli günahsız soydaşlarımızın qanına bulaşmamış və yerli ermənilərdən olan birisi otursun. Çünki 10 illik prezidentlik dövründə Sərkisyanın nəyə “qadir olduğu”nu bütün dünya kimi, erməni xalqı da, azərbaycanlılar da gördü. Necə deyərlər, “qaradan artıq boyaq olmaz”.

*****

10 ilin əsas daşlaşmış gerçəyi isə belədir ki, “Qarabağ klanı” Ermənistana rəhbərlik etdikcə konfliktin dinc həlli mümkün olmayacaq. Bu mənada Sərkisyanın hakimiyyət basında qalması faktiki, yeni müharibənin anonsu, hətta qapını kəsdirməsi demək olacaq - əlbəttə ki, Rusiya işə qarışıb öz satellitini sülhə məcbur etməyincə.

Məhz Sərksiyanın 10 illik iqtidarı dövründə Qarabağ məsələsində sülh anlaşması heç vaxt olmadığı qədər əlçatmaz olub, böyük müharibə riski görünməmiş miqyasda artıb. Düzdür, belə radikal siyasətin cavabını Sərksiyan və dəstəsi bir dəfə - 2016-cı ilin aprelində Azərbaycandan alıb. Amma əfsus ki, ədalətli sülh yenə onun sayəsində uzaq olaraq qalır. Bu adamın yenidən Ermənistanda əsas söz sahibi olması o deməkdir ki, müharibə doğrudan da yaxınlaşacaq - erməni xalqı üçün özünün bütün dağıdıcı nəticələri ilə birgə.

Sarkisyan ile ilgili görsel sonucu

Sərksiyanın baş nazirliyinə Kremlin “dobro” verdiyi deyilir. Belədirsə, demək, rəsmi Moskva konfliktin tezliklə həllini hələlik arzulamır, əksinə, onun uzanmasında, hər iki tərəfdən qurbanların artmasında maraqlıdır. Yoxsa Rusiya iradə ortaya qoysaydı, baş nazirliyə liberal, öz xalqını ədalətli sülhə hazırlayacaq yerli siyasətçi də gələ bilərdi.   

*****

Sərkisyanın bu erməni xalqının başına gətirdiyi bəlalar isə sadalamaqla qurtarmaz. Yalniz quru, qara və statistik rəqəmlərə diqqət edək.

Son 10 ildə ölkədə yoxsulluq, miqrasiya, işsizlik və dövlət borcu kəllə-çarxa çıxıb. Belə ki, 2008-ci ilin martında Sərkisyan 8 nümayişçini güllələməklə prezident kürsüsünə öz yolunu açanda Ermənistanda yoxsulluğun səviyyəsi rəsmi statistikaya görə, 27.6 faiz idisə, hazırda 30 faizdən çoxdur. Müstəqil ekspertlər isə yoxsulluq səviyyəsinin 50 faizə çatdığını deyirlər. Rəsmi rəqəmlərə əsasən, ölkədə inflyasiya 2.7 faiz, müstəqil iqtisadçılara görə isə 21 faizdir. 10 ildə Ermənistanı ildə təxminən 38 min nəfər olmaqla 380 min nəfər tərk edib. Eks-prezident Robert Köçəryanın dövründə bu göstərici qismən aşağı olub - ildə 20-25 min nəfər.

Ermənistanda miqrasiyanın səviyyəsi də Sərkisyanın hakimiyyəti dövründə 2016-cı ildə ən yüksək həddə çatıb - 48 200 nəfər. Aydındır ki, əsas səbəb həmin ilin aprelində Ermənistan ordusunun ağır zərbə almasıdır. Nəticə etibarilə hazırda işğalçı orduya ciddi çağırışçı problemi yaşanır. Bunu nəzərə alan parlament keçən il tələbələrin hərbi xidmətdən möhlət hüququnu ləğv edən qanun qəbul edib.  

Ötən il Ermənistanda doğulan uşaqların sayı Serj Sərkisyanın hakimiyyəti dövründə ən aşağı olub - 37 700 nəfər. BMT-nin Əhali Fondunun hesabalamalarına görə, bu gedişlə 2040-cı ildə Ermənistan əhalisinin sayı 2.5 milyon nəfərə qədər azalacaq. Nəhayət, Ermənistanın dövlət borcu bu ilin yanvarına olan məlumatlara görə 6.8 milyard dollara yaxınlaşıb. Bunun 5.5 milyard dolları xarici borcdur. Ölkə 2019-cu ilə 7 milyard dollarlıq borcla daxil olacaq. Bura geridə qalmış iqtisadiyyatı, ağır blokada rejimini, bürün iri regional layihələrdən Ermənistanın təcrid olunmasının gətirdiyi ağır fəsadları da əlavə edin.

Karabakh minval.az ile ilgili görsel sonucu

*****

Əcnəbi analitiklər də Ermənistandakı 9 aprel seçkisindən ölkə və bölgə üçün pozitiv heç nə gözləmirlər.

“Serj Sərksiyan məxsusən özü üçün hazırladığı yeni postda ölkənin həlledici siyasətçisi olaraq qalacaq. Onun bu gedişinin demokratiyaya hər hansı dəxli yoxdur. Bu - şəxsi hakimiyyətini möhkəmlətmək üçün edilən fəndgir bir gedişdir. Ola bilsin, Ermənistanda demokratiya şansı nə vaxtsa - Sərkisyanın idarəçilik erası bitəndən sonra yaranacaq. İstənilən halda ondan yeni siyasət gözləməyə dəyməz”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Vestnik Kavkaza” nəşrinə müsahibəsində alman politoloq Xayko Lanqner düşmən ölkədə baş nazir seçkisi öncəsi situasiyanı şərh edərkən deyib. Onun sözlərinə görə, ümidsiz iqtisadi və sosial durum bu gün Ermənistanın ən böyük problemləri olaraq qalır: “Gənc əhali bir qayda olaraq yüksək peşə sahibi olur, ancaq buna baxmayaraq cavanlar perspektiv görünmədiyi üçün ölkəni tərk edirlər. Sərkisyanın bu suallara cavabları yoxdur. Bu suallara cavab üçün o, Dağlıq Qarabağ konfliktinin həllinə böyük hazırlıq nümayiş etdirməlidir - hansı konfliktə görə ki, Ermənistan regional izolyasiyaya düşüb. Sərkisyan özü də Qarabağ sakini kimi və Qarabağ ermənilərinin keçmiş hərbi yol göstərəni olaraq məhz bu konflikt hesabına hakimiyyətə gəlib. Təəssüf ki, onun sayəsində münaqişənin həllindən danışmaq olmur, çünki Qarabağ məsələsində mümkün güzəştlər Sərkisyanın iqtidarına təhlükə yarada bilər”.

Karabakh minval.az ile ilgili görsel sonucu

*****

Problem də ondadır ki, Sərkisyan rejimi Qarabağ məsələsinə ən əvvəl hakimiyyəti saxlamaq məsələsi kimi baxır. Nəticə etibarilə erməni xalqının iztirabları bitmək bilmir. Bu xüsusda 9 aprel ermənilər üçün ikinci “qara aprel” sayıla bilər, çünki Serj Sərkisyanın qələbəsi erməni xalqının məğlubiyyəti demək olacaq...

Reaksiya.az

Şərhlər

Çox oxunanlar