MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti MSK-da olub

10.04.2018 14:55     Siyasi reaksiya     1347

Aprelin 10-da Belarus Milli Məclisinin komissiya sədri Valentin Mixneviçin rəhbərlik etdiyi MDB Parlamentlərarası Assambleyasının (MDB PA) nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

 MSK sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinə hazırlıq işləri barədə məlumat verib. Bildirib ki, aprelin 11-də 5 milyon 315 minə yaxın seçici 5641 seçki məntəqəsində səs verəcək. Seçkilərə hazırlıq işləri yüksək səviyyədə görülüb, zəruri şərait yaradılıb. Seçkiləri 50-dən artıq beynəlxalq kütləvi informasiya vasitəsinin 118 təmsilçisi işıqlandıracaq. KİV nümayəndələrinə seçki prosesini işıqlandırmaq üçün hər cür şərait yaradılıb. Bundan başqa, 890-dan çox beynəlxalq müşahidəçi və 59 minə yaxın yerli müşahidəçi səsvermənin gedişini izləyəcək.

Nümayəndə heyətinin rəhbəri Valentin Mixneviç görülən işləri yüksək qiymətləndirib. O, aprelin 11-də məntəqələrdə səsvermə prosesini yaxından izləyəcəklərini bildirib. Nümayəndə heyətinin rəhbəri seçkilərin demokratik standartlara uyğun, şəffaf keçiriləcəyinə inamını ifadə edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar