Medvedevdən Türkiyə tənqidi

07.08.2015 01:01     Siyasi reaksiya     1985

Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyə Silahlı Qüvvələrinin PKK-a etdiyi hava hücumlarının qanuniliyinin müzakirə mövzusu olduğunu deyib. Misir mətbuatına açıqlama verən Medvedev ABŞ-ın Suriyada İŞİD-i hədəf almasına da münasibət bildirib. ABŞ-ın İraqda İŞİD-i vurmaq üçün İraq hökumətindən razılıq aldığı halda Suriyada bunu etmədən, birbaşa hücuma keçməsinə toxunan baş nazir qanunilik məsələsində şübhələrin olduğunu bildirib.

Medvedev Türkiyənin Şimali İraqdakı hava hücumlarının da eyni baxımdan mübahisəli olduğunu deyib.

Rusiyanın hökumət başçısı Putinin terrorla mübarizə üçün beynəlxalq birlik təklifini xatırladaraq Suriya və İraqda sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb.

 

Şərhlər