Komitə sədrinin qardaşı müavin təyin edildi
07.08.2015 06:54 Siyasi reaksiya 1680
Prezident İlham Əliyev Dursun Ayvaz oğlu Həsənova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.
Reaksiya.az reporta istinadən xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin müavini təyin edilib.
Qeyd edək ki, Dursun Həsənov Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun qardaşıdır.
Şərhlər