“Rusiya Azərbaycana ümid edir…”

05.05.2018 13:56     Siyasi reaksiya     1419

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hamının bildiyi həqiqəti təkrarlayıb.

Bunu teleqraf.com-a açıqlamasında politoloq Zaur İbrahimli belə deyib.

Politoloqun sözlərinə görə, istənilən mümkün ssenarilərin həyata keçəcəyi halda Ermənistanda vəziyyət bu ilin payızından tez normallaşmayacaq:

“Qarabağ danışıqlarının davam etməsi üçün legitim hökumətin formalaşdırılması lazımdır. Proseslərin təhlili göstərir ki, formal prosedurlara vaxtında əməl edilsə belə, bu, çox uzun müddət tələb edə bilər. Ruslar da son zamanlar Qarabağ münaqişəşi ilə bağlı mesajlarında daha çox Azərbaycana işarə vururlar.

Açıq bəyan edirlər ki, Kremldə Azərbaycanın təmkininə ümid edirlər. Əslində bu mesajlar həm də bir xəbərdarlıqdır. Xatırladırlar ki, indi Moskva Qarabağ müzakirələri, yaxud bu məsələdə hər hansı təşəbbüs üçün uyğun zaman deyil”.

Qeyd edək ki, Mariya Zaxarova ayın 4-də Moskvada keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. Rusiyalı diplomat bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirmək üçün Ermənistandakı vəziyyətin sabitləşməsini gözləmək lazımdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar