ATƏT: Rusiyadan Ukraynaya əsgər və ya hərbi texnika keçməyib
07.08.2015 21:15 Siyasi reaksiya 2386
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynadakı Müşahidə Missiyasının rəhbəri Pol Pikard ölkənin Rusiya sərhədindəki nəzarət nöqtələrindən əsgər və ya hərbi texnika keçdiyini görmədiklərini bildirib. Rusiyanın Rostov-na-Donu şəhərindəki bir mətbuat konfransında P.Pikard deyib: “Donetsk və Gukovo sərhəd nəzarət nöqtələrindən keçirilən sursat görmədik. Bu nöqtələrdən keçən silahlı insanlar da görmədik”. Pikard ötən ilin noyabr ayında da sərhəddən keçən rus tankları və ya hərbi texnka görüb-görmədiklərinə dair suala da eynilə cavab vermişdi, lakin bəzi hərbi formalı şəxslərin sərhədi keçdiyini və onların “könüllülər” olduğunu dilə gətirmişdi.ATƏT: Rusiyadan Ukraynaya əsgər və ya hərbi texnika keçməyib
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynadakı Müşahidə Missiyasının rəhbəri Pol Pikard ölkənin Rusiya sərhədindəki nəzarət nöqtələrindən əsgər və ya hərbi texnika keçdiyini görmədiklərini bildirib. Rusiyanın Rostov-na-Donu şəhərindəki bir mətbuat konfransında P.Pikard deyib: “Donetsk və Gukovo sərhəd nəzarət nöqtələrindən keçirilən sursat görmədik. Bu nöqtələrdən keçən silahlı insanlar da görmədik”. Pikard ötən ilin noyabr ayında da sərhəddən keçən rus tankları və ya hərbi texnka görüb-görmədiklərinə dair suala da eynilə cavab vermişdi, lakin bəzi hərbi formalı şəxslərin sərhədi keçdiyini və onların “könüllülər” olduğunu dilə gətirmişdi.
Şərhlər