Serbiya prezidenti: “Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək çox iş var ”
21.05.2018 14:41 Siyasi reaksiya 1413
“Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək bir çox işlər var. Eyni səviyyədə bizim də Azərbaycanda görə biləcəyimiz işlər çoxdur”.
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.
Serbiya prezidenti deyib ki, iqtisadiyyatımız gücləndikcə Serbiya şirkətləri Azərbaycana cəlb oluna bilər: “Bu il Serbiyada iqtisadi artım 4,5 faiz olub. Məndə olan məlumata görə, Azərbaycanın da qeyri-neft sektorunda 3 faiz artım olub. Bu münasibətlə Sizi səmimi-qəlbdən təbrik edirəm”.
Şərhlər