"Rüstəm İbrahimbəyov kripto-gizli ermənidir" - Zaur Qəriboğlu
24.05.2018 13:31 Siyasi reaksiya 2017
2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun tarixi saxtalaşdırmaq, Azərbaycan xalqı haqqında dünya ictimaiyyətində yalnış fikir formalaşdırmaq cəhdidir. Dəfələrlə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə qarşı “yaradıcılıq” adı altında hücumlar etmiş Rüstəm İbrahimbəyovun əməlləri Azərbaycan xalqına nifrətinin göstəricisidir.
Bunu "Reaksiya.az"-a açıqlamasında ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya və Fuad İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökü olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunmasına münasibət bildirən “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyinin sədri, jurnalist Zaur Qəriboğlu deyib.
Zaur Qəriboğlu: ” Rüstəm İbrahimbəyov həmişə Azərbaycan cəmiyyətinə ögey münasibət sərgiləyib, müxtəlif dönəmlərdə səsləndirdiyi fikirlərdə, sürdüyü həyat tərzində bunun təsdiqini tapmaq mümkündür .- “Ermənilərsiz Bakının ziyalı mühiti korlanıb”, “Ermənilərsiz Bakıda nəfəs almaq olmur”. Təsəvvür etmək çətindir ki, bu və bu qəbildən olan fikirləri azərbaycanlı soyadını daşıyan biri işlədir. ”- deyə qeyd edib.
Ermənipərəstliyindən əl çəkməyən yazıçı dəfələrlə tarixi faktları ermənilərə sərf edəcək tərzdə saxtalaşdırmağa cəhdlər göstərib.
Xaricdə əsasən erməni lobbisinin təsir dairəsində olan anti-Azərbaycan mərkəzlərin diktəsi ilə oturub - duran yazıçı bu filmdə azərbaycanlıları vəhşi, qorxaq kimi göstərib: “Filmdə biz dinc erməni ziyalısını linç edən bir xalq olaraq göstərilmişik. Sanki ermənilər bizim deyil, biz ermənilərin soyunu qırıb tükətməyə çalışmışıq.
Özünü azərbaycanlı kimi təqdim edən, əslində isə erməniləmiş Rüstəm İbrahimbəyov bu filmi ilə erməni lobbisinə, dünya erməniliyinə "hədiyyə" vermişkən bir daha azərbaycanlı olmadığını subut etdi. Çəkdiyi filmdə azərbaycanlını aşağılamaq, ermənini qəhrəman kimi təqdim etmək ancaq erməni xəstəliyinə yoluxan şəxsə xas olan əməldir.
Mən cənab prezident İlham Əliyevə müraciət edərək, Azərbaycan dövləti tərəfindən Rüstəm İbrahimbəyova verilən “Xalq yazıçısı” fəxri adını, “Şöhrət Ordeni”nin əlindən alınmasını rica edirəm. Azərbaycan düşməninə xidmət edən birinin bu adları daşımağa mənəvi haqqı yoxdu.Yaşının ahıl vaxtında öz xalqına qarşı bu çür çirkin fikirlərlə yanaşan, xalq yazıçısı, Şöhrət ordeni kimi yüksək adları daşıyan biri, tarix boyu xalqımızın başına gətirilən müsibətləri, 1918-ci ildə törədilən qırğınları, Xocalı faciəsini görməzdən gəlir, erməniləri günahsız, yazıq millət kimi təqdim etməklə anti-azərbaycançı qüvvələrə ermənilərə işlədiyini göstərir. Sadəcə görünən odur ki, erməni lobbisinin maliyyəsi, hədiyyələri Rüstəm İbrahimbəyov üçün milli-mənəvi dəyərlərdən, tarixi-milli mentalitetimizdən daha vacib və üstündür. 79 yaşlı bir ahılın bu yaşdan sonra pul üçün öz milli mənsubiyyətini dəyişməsi sadəcə təəssüf doğurur”.
Zaur Qəriboğlu sonda onu da xüsusi vurğuladı ki, hələ bir zamanlar bu anti-milli ünsürü bəzi adamlar Azərbaycan müxalifətinə lider seçmək istəyirdilər. Azərbaycan xalqının siyasi iradəsi qarşısında aciz qalaraq, hələ o zaman da erməni lobbisinin sifarişi ilə olan bu addımı həyata keçirə bilmədilər. Bu gün mən hər bir QHT və media qurumlarını 2015-ci ildə cənab prezident İlham Əliyevin də dediyi kimi utanmadan tariximizi saxtalaşdıran ermənilərin - bəli, məhz, ermənilərin, çünki Rüstəm İbrahimbəyov kimilərinin də ermənidən heç bir fərqi yoxdur. Bu kimi adamlar da kripto ermənidirlər. - hucumlarına qarşı mubarizəyə yox, hücuma səsləyirəm. Bizim ermənilər kimi milyonlar gücünə azərbaycanlı soyadını daşıyan birini ələ almaqla, tarixi saxtalaşdırmağımıza ehtiyac yoxdu. Əlimizdə tarix boyu baş verənlərə aid kifayət qədər material və sənədlər var. Bunlardan istifadə etmək, düşmənin saxta təbliğatına qarşı mübarizə aparmaq lazımdır. Rüstəm ibrahimbəyovlar bilsinlər ki, onların xalqa qarşı yürütdükləri bu siyasət ayaq tutsa da yeriyən deyil. Azərbaycan xalqı qanı bahasına qurduğu bu dovləti qoruyub, saxlamağı, öz işğal olunan tarixi, dədə-baba torpaqlarına da qayıtmağı mütləq bacaracaqdır!
Şərhlər