Ermənilər təlaşda: Azərbaycan prezidenti ABŞ-a gedir

04.06.2018 11:31     Siyasi reaksiya     924

“Tramp Ağ Evə birinci kimi dəvət edəcək” sualı aktuallaşır; Qarabağ məsələsi yeni müstəviyə keçir; rusiyalı tanınmış politoloq: “Moskva Azərbaycanın hərbi əməliyyatlarına dəstək verə bilər...”

Azərbaycanın yerləşdiyi bölgə və onun ətrafında ziddiyyətli, eyni zamanda, milli maraqlarımıza təsirsiz ötüşməyəcək proseslər gedir. Cənub qonşumuz İran ətrafında yaşanan kritik olaylar, İsrail-Fələstin münaqişəsinin daha qəliz fazaya keçməsi ilə strateji tərəfdaşımız İsraillə münasibətlərə yeni təhdidlərin yaranması bu qəbildən sayıla bilər. Bu fonda işğalçı qonşumuz Ermənistan Nikol Paşinyanın baş nazir olmasından sonra Qərblə (ABŞ-la) Rusiya arasında hiyləgər oyuna başlayıb.

“Yeni Müsavat” ötən saylarının birində yazdığı kimi, Ermənistanın yeni rəhbərliyi hazırda dəridən-qabıqdan çıxır ki, yeni situasiyada işğalçı ölkənin bir əlindən Rusiya, digərindən də ABŞ tutsun. Yəni həm “demokratiya adacığı” kimi özünü Qərbə sırıyıb ondan böyük maliyyə-siyasi dəstək almaq, həm də Kremlin bölgədə yeganə hərbi qalası və vassalı kimi qalaraq Moskvadan silahlar almaq niyyətindədir.

*****

Şübhəsiz ki, Vaşinqtona belə ikiüzlü “müttəfiqlik” sərf edə bilməz. Amerikanın gərgin münasibətlərdə olduğu, sanksiya və embarqolar tətbiq elədiyi Rusiyanın ən yaxın müttəfiqi və forpostu sayılan Ermənistanla müttəfiq olması mümkünsüz görünür. Məntiq diktə edir ki, Ağ Ev günün birində “amerikapərəst” Paşinyandan konkret seçim tələb edəcək.

Bu xüsusda balanslı xarici siyasət yürüdən Azərbaycan qat-qat uğurlu durumda görünür və ABŞ-la daha yüksək səviyyədə əməkdaşlıq qurmaq üçün üstün potensiala malikdir. Bunu deyəsən, tanınmış erməni təhlilçiləri də görməyə və təlaşlanmağa başlayıblar.           

“Qarşıdakı Qarabağ danışıqlarında bəzi sürprizlərin olması gözləniləndir, Ermənistan bu sürprizlərə hazır olmalıdır”. Bu barədə 1992-95-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri işləmiş, Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, politoloq David Şahnazaryan deyib (Publika.az). Onun sözlərinə görə, son vaxtlar Azərbaycan əhəmiyyətli diplomatik fəallıq göstərir.

Xarici İşlər naziri Məmmədyarov ile ilgili görsel sonucu

“Xarici İşlər naziri Məmmədyarov Vaşinqton, Berlin, Brüssel, Paris kimi siyasi mərkəzlərə ard-arda səfərlər edir. Bununla yanaşı, etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, prezident İlham Əliyevin tezliklə Vaşinqtona səfəri gözlənilir və bu səfər çərçivəsində Qarabağla bağlı mühüm danışıqlar ola bilər”, - deyə o qeyd edib. Erməni diplomat həmçinin hesab edir ki, Bakı münaqişənin həlli üçün tələsir və bu istiqamətdə real diplomatik addımlar atır.

*****

Ä°lgili resim

Əslində ermənilərin təlaşı əsaslıdır. Məsələn, ABŞ prezidenti Donald Tramp son günlər Azərbaycan prezidenti İlham Əliyevə ard-arda üç məktub göndərib. Məktubların birində o, “qarşıdakı aylarda Qarabağ münaqişəsinin həlli üçün yeni imkanlar yaranacağı”nı  xüsusi vurğulayır ki, bu da Ermənistanda narahatlığa səbəb olub. Erməni KİV-lər, yerli ekspertlər bu ifadəni açmağa çalışırlar. 

Məsələ ondadır ki, Serj Sərkisyan dövründə Ermənistanın əsas dayağı Rusiya hesab olunurdu. Lakin komandasını müstəsna olaraq Rusiyaya nifrət bəsləyən kadrlardan formalaşdıran Paşinyan dövründə Moskva artıq İrəvanın “göz yaşlarına inanmır”, Paşinyana şübhəli nəzərlə baxır. Bundan əlavə, işğalçı ölkənin söykənmək istədiyi Vaşinqton Bakı istiqamətində “körpü” tikir.

Dəqiq informasiya olmasa da, bu proseslər fonunda Azərbaycan prezidentinin Vaşinqtona səfər edəcəyi gözləniləndir. Və bu, Trampın da dediyi kimi, Qarabağ münaqişəsinin həllində mühüm ola bilər...

*****

Pahinyan ile ilgili görsel sonucu

Xatırladaq ki, qərbyönlü erməni KİV-lərində bir müddətdir ki, “məxməri inqilab” lideri Paşinyanın ABŞ-a dəvət edilməsinin “vacibliyi” haqda yazılar gedir. Erməni yazarlardan biri hətta Ağ Ev başçısına minnət qoyub ki, “bu səfər Trampın şərəfinə şərəf qatardı”. Guya ki, Paşinyan gerçək demokrat, dinc “demokratik inqilab”ın rəhbəri olaraq bunu artıq haqq edib. Bu yöndə Amerika erməni lobbisi də, təbii ki, ciddi cəhdlə çalışır.

Lakin Nikol Paşinyanın baş nazir olan kimi Qarabağa ilk qanunsuz səfər edərək orada verdiyi təxribatçı açıqlamalar, o sırada oğlu Aşotu hərbi xidmət üçün Qarabağa göndərəcəyini söyləməsi, bütövlükdə bu mövzuda Qərbi də təlaşlandıran bəyanatları onun demokrat yox, avantürist siyasətçi olduğunu və bölgədə sülhü deyil, müharibəni yaxınlaşdırdığına şübhə saxlamadı.

Paşinyanın bu davakar ritorikası isə regionda müharibə arzulamayan Amerikanın da sözsüz ki, diqqətini çəkib. Əksinə, ötən həftə Azərbaycanda ABŞ-ın əsas siyasi sponsoru olduğu Cənub Qaz Dəhlizinin (CQD) açılışı göstərdi ki, Azərbaycan bölgədə qurucu bir mövqe tutur və regionun Avropaya, dünyaya inteqrasiyası yolunda, təhlükəsizliyi və rifahı yolunda real addımlar atır - Avropanın, Qərbin özü ilə birgə. Bu xüsusda Azərbaycan liderinin ABŞ-a birinci dəvət edilməsi tamamilə məntiq qanunları çərçivəsindədir...

*****

Bu mövzuda tanınmış rusiyalı ekspertlərin də şərhləri maraq doğurur. Məsələn, politoloq Oleq Kuznetsov hesab edir ki, bu gün  Ermənistan Rusiya və ABŞ-ın geostrateji maraqlarının toqquşduğu arenadır. Bunu o, Pravda.ru saytına açıqlamasında deyib (Axar.az).

“Əgər Paşinyan Saakaşvili kimi Rusiyanın Ermənistan ərazisindəki hərbi mövcudluğuna son qoysa, bu, Vaşinqtonun Ön Asiyadakı geosiyasi təsirini itirməsinə kompensasiya olacaq. Rusiyanın Ermənistandakı təsirini itirməsinin Moskva üçün iki ciddi nəticəsi var: birincisi, Rusiyanın daxili siyasi proseslərində erməni lobbisinin təsiri zəifləyəcək. Bu da hakimiyyətdə iki əsas erməni lobbisti olan Rusiya xarici işlər naziri Sergey Lavrov və Federasiya Şurasının rəhbəri Valentina Matviyenkonun vəzifədən getməsi ilə nəticələnəcək. İkincisi isə Azərbaycan Qafqazda Rusiya ilə münasibətləri xoş olan yeganə ölkə olacaq və nəticədə Kremlin Cənubi Qafqazda seçim etmək şansı qalmayacaq. Ermənistan-Azərbaycan qarşıdurması bundan sonra daha da artacaq”, - deyə o bildirib.

 trump ile ilgili görsel sonucu

Analitikə görə, Rusiyanın Ermənistandan çəkilməsi Moskvanın Qarabağın azad edilməsi üçün Bakıya “yaşıl işıq” yandıracağı ehtimalını artıracaq: “Moskva işğal edilmiş ərazilərin azad edilməsi üçün Azərbaycanın hərbi əməliyyatlarına dəstək verə və regionda Rusiya-Azərbaycan-Türkiyə təhlükəsizlik üçbucağının qurulması reallaşa bilər”.

*****

Əlbəttə ki, bunlar siyasi şərh və proqnozlardır. Bir şeyi dəqiqliklə qeyd eləmək olar ki, Ermənistandakı məlum olaylardan sonra öncəliklə işğalçı ölkənin yeni rəhbərliyi, ardınca isə Rusiyanın özü seçim eləməli olacaq. Bakı üçün hər iki hal fürsətlər yarada bilər... 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar