Sarkisyanın qisas şansı QALMADI

05.06.2018 11:40     Siyasi reaksiya     1100

Ermənistanın Respublika Partiyasından olan bir neçə deputat partiyasının parlament fraksiyasından çıxmağa qərar verib.

Bu haqda TASS agentliyinin müxbirinə deputatların yaxın ətrafındakı mənbə bildirib.

“Partiyanı tərk etmək niyyətində olan bütün deputatlar böyük biznesmenlərdir. Onlar qısa müddətdə öz qərarlarını açıqlamağa hazırlaşırlar. Nəticədə, respublikaçılar parlamentdə azlıqda qalacaqlar”, - mənbə qeyd edib.

Respublika Partiyası 105 yerlik parlamentdə 54 deputatla təmsil olunur. Deputatların partiyanı tərk etməsindən sonra isə Respublika Partiyası 19 il ərzində ölkənin qanunverici orqanında ilk dəfə azlıqda qalacaq. Partiya 1999-cu ildən hakimiyyətdədir və parlament seçkilərində beş dəfə - 1999, 2003, 2007, 2012 və 2017-ci illərdə qələbə qazanıb.

Daha əvvəl Şırak Torosyan, Artur Qevorqyan, Arman Saakyan və Feliks Solakyan partiyanın parlament fraksiyasından çıxdığını bəyan ediblər.

Qeyd edək ki, mayın 8-də Nikol Paşinyanın baş nazir seçilməsindən sonra Respublika Partiyası müxalifətə keçdiyini elan edib. Ekspertlər iddia edirdilər ki, partiya hökumətdən getsə də, parlamentdəki əksəriyyətin hesabına Paşinyanın hökumətinin işini iflic etməyə və hakimiyyətə qayıdış imkanlarını axtarmağa çalışacaqlar. Partiyanın parlamentdə azlıqda qalması bu imkanı heçə endirir.

Respublika Partiyasına keçmiş prezident və baş nazir Serj Sarkisyan rəhbərlik edir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar