ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə Ermənistana səfər edəcəklər

05.06.2018 12:27     Siyasi reaksiya     1054

ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə Ermənistana səfər edəcəklər.

Bunu bu gün keçirdiyi brifinqdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

O deyib ki, iyunun 13-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana səfər edəcəklər.

Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan XİN başçıları və ya baş nazirlə prezident arasında görüş barədə heç bir razılaşma yoxdur.

"Yerevanda vasitəçilərlə XİN başçısı arasında ilk əlaqə olacaq. Görüşdə həmçinin gələcək addımlar da müzakirə olunacaq", - T.Balayan vurğulayıb.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu il mayın 15-də Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Görüşün yekununda yayılmış bəyanata görə, vasitəçilər iyunda Yerevana səfər etməyi planlaşdırırdılar.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar